“Qarabağ" “Ayaks”la qarşılaşa bilər

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki daha bir potensial rəqibi müəyyələşib.
Ağdam klubu II təsnifat mərhələsinə yüksəlsə, reytinq xalı daha az olan rəqiblərlə qarşılaşa bilər. Çünki “atlılar” yenə səpələnmişlər sırasında yer alacaq. Burada “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dandalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels) və “Slovan” (Slovakiya) klubları potensial rəqiblərdir.
III mərhələdə isə “Qarabağ” böyük ehtimalla, səpələnməmişlər səbətində yer alacaq. Əks halın baş verməməsi üçün I və II təsnifat mərhələsində çoxlu sürprizlər baş verməlidir. UEFA Çempionlar Liqasında son mövsümün yarımfinalçısı olan Hollandiyada çempionu “Ayaks” III təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Cari mövsüm UEFA Çempionlar Liqasında “Real” və “Yuventus”u məğlub edən amsterdamlılar “Qarabağ” üçün potensial rəqibdir.


