"Qarabağ"dan ayrılan futbolçu karyerasını bitirir

115 dəfə oxunub
"Qarabağ"dan ayrılan futbolçu karyerasını bitirir

Mövsümün sonunda "Qarabağ"dan ayrılan Yakub Jezniçak karyerasını bitirə bilər.

Faktor.az Polşa mətbuatına istinadən xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi şəxsi "Tvitter" səhifəsində məlumat verib. Təcrübəli futbolçu bu barədə dostuna söz verdiyini bildirib:

"Dostuma demişdim ki, "Pyast" çempion olsa, karyeramı bitirəcəyəm. Bəlkə də artıq vaxtı çatıb".

Qeyd edək ki, Polşa çempionatına 69 xalla turnir cədvəlinə başçılıq edən "Pyast" ən yaxın izləyicisi "Legiya"nı 2 xal qabaqlayır. Qlivitse təmsilçisi son turda evdə "Lex"i məğlub etsə, digər görüşün nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə çempion olacaq.



Redaktorun seçimi