"Qəbələ"nin qapıçısının evindən oğurluq olub

Bakıda futbolçunun evindən oğurluq olub.
Faktor.az xəbər verir ki, “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının yaşadığı mənzildən 5 min ABŞ dolları oğurlanıb.
Polisin araşdırması nəticəsində oğurluqda şübhəli bilinən N.M. saxlanılıb. Həmin qadın futbolçunun uşaqlarının dayəsi olub (Report).


