"Real" Beyli "Barselona"ya da satmağa razıdır

118 dəfə oxunub
"Real" Beyli "Barselona"ya da satmağa razıdır

"Real" futbolçusu Qaret Beyllə yolları ayırmaqda israrlıdır.

Faktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres uelsli hücumçunu dünyanın istənilən klubuna satmağa hazırdır. O, hətta əzəli rəqibləri "Barselona"dan təklif gələcəyi təqdirdə belə Beylin Kataloniya klubuna keçidinə icarə verəcək.

Qeyd edək ki, "Real" Beyli 80 milyon avroya satmağı planlaşdırır.



Redaktorun seçimi