Koutinyo "Barselona"dan ayrılır? - RƏSMİ AÇIQLAMA

131 dəfə oxunub
Koutinyo "Barselona"dan ayrılır? - RƏSMİ AÇIQLAMA

Andrea Bertoluççi meneceri olduğu Filipp Koutinyonun "Barselona"dan ayrılacağı barədə yayılan iddialara münasibət bildirib.

Faktor.az "AS"a istinadən xəbər verir ki, o, Kataloniya klubunun braziliyalı yarımümdafiəçinin yerinə Antuan Qrizmannı alacaqları barədə xəbərləri şərh edərkən deyib:  "Qrizmannın "Barselona"ya Koutinyonun yerinə gələcəyi doğru deyil. Bu xəbərlər niyə yazırlar bilmirəm, amma doğru deyil".

Qeyd edək ki, Koutinyo ilə "Atletiko", "Çelsi"nin maraqlandığı iddia olunur.



Redaktorun seçimi