Nazir ayağı sınan futbolçunu ziyarət etdi - FOTO

Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu "Qalatasaray"ın əməliyyat olunmuş futbolçusu Emre Akbabanı ziyarət edib.
Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir xəstəxanaya gələrək 26 yaşlı yarımmüdafiəçinin həkimləri ilə danışıb, oyunçunun vəziyyətinin necə olduğu ilə maraqlanıb.
Qeyd edək ki, Emre Akbabanın Superliqanın son turunda "Rizəspor"la qarşılaşmada ayağı sındığı üçün 1 il yaşıl meydanlardan kənarda qalacaq.


