"Atletiko" hücumçusunu satdı

“Atletiko”nun futbolçusu Lusiano Vietto karyerasını Portuqaliyada davam etdirəcək.
Faktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu “Sportinq”a keçib. Lissabon təmsilçisi argentinalı futbolçu üçün “Atletiko”ya 7,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2015-ci ildən Madrid klubunda çıxış edən Vietto son mövsümü icarə əsasında “Fulhem”də oynayıb.


