AFFA-nın Mxitaryanla bağlı UEFA-ya cavabı

Hit: 404
AFFA-nın Mxitaryanla bağlı UEFA-ya cavabı

AFFA "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirak üçün Azərbaycana gəlişində heç bir problemin olmayacağını UEFA-ya bildirib. 

Faktor.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən "TASS" agentliyinə məlumat verilib.

Məlumatda UEFA-nın digər ölkələrdəki oyunlarına qatılmaq üçün futbolçular üçün viza almaq barədə futbol assosiasiyalarına, klublarına və səfirliklərinə məktub göndərilməsinın standart qayda olduğu bildirilib. 

Qeyd olunub ki, AFFA UEFA ilə "Arsenal"ın təsdiq tələbinə müsbət cavab verib və  futbolçu üçün heç bir problem olmayacağına, təhlükəsizlik üçün lazımi tədbirlər görüləcəyinə təminat verib.

Xatırladaq ki, Mxitaryan bundan əvvəl 2 dəfə - 2015-ci ildə hələ Dortmund "Borussiya"sında çıxış edərkən "Qəbələ", ötən il isə "Qarabağ"la oyunlar üçün Bakıya gələ bilərdi. Ancaq futbolçu təhlükəsizliyi səbəbindən paytaxtımızdakı matçları buraxmalı olmuşdu.









Redaktorun seçimi