Suares əməliyyat olundu

Hit: 344
Suares əməliyyat olundu

“Barselona”nın futbolçusu Luis Suares mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, uruqvaylı forvard dizindən əməliyyat olunub.

Onun mayın 25-də keçiriləcək İspaniya kubokunun finalında "Valensiya" ilə matçda iştirakı da sual altındadır.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunun heyətində 49 oyuna 25 qol vurub.









Redaktorun seçimi