"Liverpul"dan Kloppa yeni 5 illik müqavilə

Hit: 494
"Liverpul"dan Kloppa yeni 5 illik müqavilə

"Liverpul" Yürgen Kloppla müqavilə yeniləməyə hazırlaşır.

Faktor.az İtaliya mətbuatına istinadən xəbər verir ki, artıq tərəflər arasında yeni sözləşmə ilə bağlı ilkin razılıq olub. Mövsümün sonunda almaniyalı mütəxəssisin 5 illik anlaşmaya qol çəkəcəyi gözlənilir. Yeni müqaviləyə əsaən, təcrübəli çalışdırıcı bonuslarla birlikdə ilinə 10 milyon avro qazanacaq.

Qeyd edək ki, 2015-cidən "Liverpul"u çalışdıran Kloppun hazırkı sözləşməsinin müddəti 2022-ci ilə qədərdir. O, mersisaydlıları ardıcıl iki ildir Çempionlar Liqasının finalına çıxarmağı bacarır.









Redaktorun seçimi