"Qarabağ"ın qapıçısı "Formula 1"dən danışdı: - "İlk dəfədir ki..." - FOTO

Hit: 238
"Qarabağ"ın qapıçısı "Formula 1"dən danışdı: - "İlk dəfədir ki..." - FOTO

"Qarabağ"ın braziliyalı qapıçısı Vaqner da Silva “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı təəssüratlarını bölüşüb.

Faktor.az xəbər verir ki, "Globo Sport"a danışan 32 yaşlı qolkiper yaşadığı yerdən yarış avtombillərini izləyə bilir:

“İlk dəfədir ki, belə bir mənzərənin şahidi oluram. Yolların bağlı olmasından başqa hər şey möhtəşəmdir. Avtomobillərin 340 km/saat sürətlə ötüşməsini yaşadığı "Port Baku"nun pəncərəsindən izləmək mümkündür. Uşaqlar işləri sürətli şəkildə görürlər. Məşqi izləyə bilməyəcəm. Ancaq bazar günü yarışa mütləq baxacam".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 26-28 aprel tarixlərində baş tutacaq.









Redaktorun seçimi