Essyenin komanda yoldaşları

Hit: 305
Essyenin komanda yoldaşları

"Səbail"in ulduz futbolçusu Maykl Essyenin dəvət edildiyi xeyriyyə matçının iştirakçıları açıqlanıb.

Faktor.az Qana mətbuatına istinadən xəbər verir ki, mayın 18-də Afrika ilə Nigeriyanın veteranları arasında keçiriləcək oyunda Essyenin çıxış edəcəyi "Afrika ulduzları" komandasında Ceremi Ncitap, Herita İllunqa, Kristian Karambö, Aaron Mokoena, Riçard Kinqston, Didye Zokora, Mamadu Sissoko,  El-Haci Diuf, Tresor Lomana Lua Lua və  Abubakar Titi Kamaranın oynayacağı dəqiqdir. 

Həmçinin, Samuel Eto, Diomonsi Kamara, Xalilu Fadiqa, Abdul Kader Keyta, Ceyms Debba və Tiene Siakanın da iştirakı nəzərdə tutulub.

Hazırda Liberiya prezidenti olan "Milan"ın əfsanəvi futbolçusu Corc Veanın da oyuna yollanması gözlənilir.  
Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşmada Nigeriyanın heyətində 20 veteran futbolçu olacaq. 

 

 









Redaktorun seçimi