Bakıda “Formula-1” həyəcanı başlayır

Hit: 122
Bakıda “Formula-1” həyəcanı başlayır

Bu gün Bakıda “Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin ilk yarış günü başlayır.

Uzunluğu altı kilometrdən bir qədər çox olan trasda bu gün hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. 

Bu gün Bakı Şəhər Halqasında “Formula-2” bolidlərinin sərbəst yürüşü, həmçinin, F2 pilotlarının sıralama yarışı keçiriləcək.

Həmçinin, gün ərzində Bakı trekində “Formula-1” bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.

Bakıda sayca dördüncü dəfə keçirilən yarış aprelin 28-dək davam edəcək.









Redaktorun seçimi