“Qalatasaray” darmadağınla finalda - VİDEO

Hit: 341
“Qalatasaray” darmadağınla finalda - VİDEO

Türkiyə kubokunda sonuncu finalçı müəyyənləşib.

Faktor.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Malatyaspor"a 5:2 hesabı ilə qalib gəlib və finala yüksəlib. Bu komandalar arasında ilk matç qolsuz bərabərliklə yekunlaşmışdı.

Beləliklə, İstanbul təmsilçisi tarixində 23-cü dəfə adını kubokun finalına yazdırıb.

"Cim-Bom" həlledici görüşdə turnirin son qalibi "Akhisarspor"la qarşılaşacaq. Matç mayın 16-ı Sivasda oynanılacaq.









Redaktorun seçimi