Ramil Şeydayev 90 dəqiqə oynadı

Hit: 314
Ramil Şeydayev 90 dəqiqə oynadı

Milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" klubu bu gün Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.

Faktor.az xəbər verir ki, Samara təmsilçisi 25-ci turda doğma meydanda "Ural"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

Meydana start heyətdə çıxan Şeydayev sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Krılya Sovetov" 25 turdan sonra 27 xalla 13-cü pillədə qərarlaşıb. "Ural" isə 33 xalla 10-cudur.









Redaktorun seçimi