İlk heç-heçə: 5-ci quru oyun

Hit: 251
İlk heç-heçə: 5-ci quru oyun
"Zirə” Azərbaycan kubokunda ilk dəfə heç-heçə edib. 
 
Faktor.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, 2018/19 mövsümünün yarımfinal mərhələsinin "Sumqayıt”la səfərdəki ilk oyununa təsadüf edib.
 
Bunadək yarışda 12 matça çıxan bakılılar 7 qələbə qazanıb və 5 dəfə məğlubiyyətə uğramışdı. Görüşündə ilk dəfə 0:0 hesabı qeydə alınan "Zirə” 5-ci dəfə qapısını toxunulmaz saxlayıb. 2016/17 mövsümündə bir, 2017/18 və 2018/19 mövsümlərində iki dəfə meydanı qol buraxmadan tərk edən qəsəbə təmsilçisinin bütün quru oyunları Kamal Bayramovun hesabındadı.
 
Qapıçı 11-ci görüşdə 5-ci dəfə qol buraxmayıb. Bu quru oyunlardan üçü ev, ikisi səfər qarşılaşmasıdı.
 








Redaktorun seçimi