Ronaldo Qvardiolanı istəyir

Hit: 318
Ronaldo Qvardiolanı istəyir

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın Turin klubunu çalışdırmağını istəyir.

Faktor.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Bildirilir ki, 48 yaşlı mütəxəssisin İngiltərə klubundakı işini bəyənən portuqaliyalı hücumçu onun İtaliya təmsilçisində işləməyinə müsbət baxır.

Xəbərdə o da qeyd olunub ki, "Yuventus"un hazırkı baş məşqçisi Massimiliano Alleqri mövsümün sonu klubu tərk edə bilər. Məhz bu səbəbdən A seriyası təmsilçisində yeni baş məşqçi danışıqları başlayıb.

Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün klub rəhbərliyinin M.Alleqridən narazı olduğu iddia olunur. Buna görə onun 2021-ci ilin iyununda başa çatacaq müqaviləsinin daha tez - yayda ləğv edilə biləcəyi yazılıb.

 









Redaktorun seçimi