Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunun qalibi oldu

Hit: 189
Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunun qalibi oldu

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eqer şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. 

Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Pərvin Məmmədov 49 kiloqram çəki dərəcəsinə qədər kişilərin yarışmasında ən yaxşı nəticəni göstərib.

O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb. 

Qeyd edək ki, bu qələbə ilə Pərvin Məmmədov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.









Redaktorun seçimi