Yalnız qələbə! - Rahid iddialı danışdı

Hit: 268
Yalnız qələbə! - Rahid iddialı danışdı

"Hər oyuna ciddi hazırlaşırıq, amma qarşıdakı matçın xüsusi əhəmiyyətə malik olduğunu qəbul edirəm". 

Faktor.az xəbər verir ki, bu sözləri "Səbail"in kapitanı Rahid Əmirquliyev klubun rəsmi saytına açıqlamasında deyib. Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə "Qəbələ" ilə keçirəcəkləri oyunun önəmindən danışan təcrübəli yarımmüdafiəçi meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib:

"Əgər üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq. Biz yalnız qələbə qazanmaq fikirindəyik".

Qeyd edək ki, aprelin 27-də keçiriləcək "Səbail" - "Qəbələ" oyunu saat 17:30-da başlayacaq. Hazırda Bakı klubu 38 xalla üçüncü, əyalət təmsilçisi isə 36 xalla dördüncüdür.









Redaktorun seçimi