"Ayaks"dan qeyri-adi təqdimat - VİDEO

Hit: 406
"Ayaks"dan qeyri-adi təqdimat - VİDEO

"Ayaks" "Emyen"dən heyətinə qatdığı Kyell Şerpenin transferini qeyri-adi formada ictimaiyyətə təqdim edib.

Faktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi keçidi 19 yaşlı qolkiperə kağız üzərində "Ayaks" Hollandiyanın ən gözəl klubudur" cümləsini dəfələrlə yazdırdığı video ilə açıqlayıb. Onlar Şerpenin uşaq vaxtı klub haqqında "Tvitter"də paylaşdığı təhqiredici mesajlara görə bu cür təqdimat forması seçiblər.

Qeyd edək ki, "Ayaks" gənc qapıçı ilə 4 illik müqavilə bağlayıb.









Redaktorun seçimi