Salah və Hazard rəmzi komandaya düşmədi

Hit: 213
Salah və Hazard rəmzi komandaya düşmədi

İngiltərə Peşəkar Futbol Assosiasiyası ölkənin Premyer Liqasında bu mövsümün rəmzi komandasını elan edib.

Faktor.az qurumun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, siyahıda "Mançester Siti"nin 6, "Liverpul"un 4, "Mançester Yunayted"in 1 futbolçusu yer alıb:

Qapıçı: Ederson Moraes ("Mançester Siti")

Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Deyk, Endrü Robertson (hamısı "Liverpul"), Emerik Laport ("Mançester Siti")

Yarımmüdafiəçilər: Pol Poqba ("Mançester Yunayted"), Fernandinyo, Bernard Silva (hər ikisi "Mançester Siti")

Hücumçular: Rahim Sterlinq, Serxio Aquero (hər ikisi "Mançester Siti"), Sadio Mane ("Liverpul")

Qeyd edək ki, "Liverpul"un hücumçusu Məhəmməd Salah və "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard rəmzi komandada yer almayıb.









Redaktorun seçimi