Mançester derbisini qonaqlar qazandı - VİDEO

Hit: 378
Mançester derbisini qonaqlar qazandı - VİDEO

Bu gün İngiltərə Premyer Liqasında 31-ci turdan təxirə salınmış  iki oyun keçirilib.

Faktor.az xəbər verir ki, son oyun günündə Mançester derbisi reallaşıb. Turnir cədvəlinin 2-ci pilləsində yer alan və lider "Liverpul"dan cəmi 2 xal geridə olan "Mançester Siti" səfərdə 6-cı sırada olan "Mançester Yunayted"lə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Qeyd edək ki, bu qələbə ilə xalını 89-a çatdıran "MS" liderliyə yüksəlib. "Liverpul" 88 xalla 2-ci, "Tottenhem" 70 xalla 3-cü, "Çelsi" 67 xalla 4-cü, "Arsenal" 66 xalla 5-ci, "Mançester Yunayted" 64 xalla 6-cıdır.









Redaktorun seçimi