Vengerdən “Arsenal”a baş məşqçi təklifi

Hit: 301
Vengerdən “Arsenal”a baş məşqçi təklifi

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger vaxtilə rəhbərliyi altında oynamış Patrik Vieyra haqda danışıb.

Faktor.az Fransa mətbuatına isitnadən xəbər verir ki, 69 yaşlı mütəxəssis hazırda Fransanın "Nitsa" klubunda çalışan həmyerlisini gələcəkdə London klubunun baş məşqçisi vəzifəsində görmək istədiyini deyib:

“Onun təbii xarizması var. Həm zərif, həm də güclüdür. O, karyerasını günü-gündən səbr və ağıllla irəliyə aparır. Gənc yaşında futbolu atdı. Məşqçilik üçün Nyu-Yorka getdi. İndi də “Nitsa”da daha da təkmilləşir. Komandasının çətin vaxtları oldu, amma bu dönəmdə acizlik göstərmədi. Onu “Arsenal”da görürəm”.

Qeyd edək ki, Patrik Vieyra futbolçu karyerası ərzində “Milan”, “Yuventus”, “İnter”, “Mançester Yunayted” kimi klubların da formasını geyinib.









Redaktorun seçimi