"Lokomotiv"in qapıçısı millimizdə

Hit: 299
"Lokomotiv"in qapıçısı millimizdə

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Faktor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Səbail"dən dəvət edilən Rauf Ağasənov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.

Onun əvəzinə isə millinin toplanışına yeni qapıçı cəlb olunub. Rusiyanın “Lokomotiv” (Moskva) komandasının üzvü Amin Ramazanov bu gündən hazırlıq prosesinə qoşulub.









Redaktorun seçimi