"Qəbələ" "Qarabağ"ı uddu, Sumqayıtda heç-heçə - YENİLƏNİB

Hit: 761
"Qəbələ" "Qarabağ"ı uddu, Sumqayıtda heç-heçə - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Faktor.az xəbər verir ki, final uğrunda mübarizəyə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edib. Bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında "qırmızı qaralar"a qalib gələn Qurban Qurbanovun komandası kubok matçında rəqibinə məğlub olub. Bununla da "Qəbələ" 1 həftə sonra keçiriləcək cavab görüşü öncəsi minimal hesablı üstünlük qazanıb.

Günün digər oyununda isə "Zirə" "Sumqayıt"ın qonağı olub. Premyer Liqamızda uğursuz mövsüm keçirilən komandaların görüşündə qol olmayıb. 

Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 1-də keçiriləcək. 

Azərbaycan kuboku yarımfinal

İlk oyunlar

23 aprel (çərşənbə axşamı)

16:00.“Qəbələ” – “Qarabağ” - 1:0

Qol: C. Adeniyi, 72 (1-0)

Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu

Hakim-inspektor: Anar Salmanov

Qəbələ şəhər stadionu

18:30.“Sumqayıt” – “Zirə” - 0:0

Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov

“Kapital Bank Arena”









Redaktorun seçimi