"Barselona" 18 yaşlı futbolçu alır

Hit: 557
"Barselona" 18 yaşlı futbolçu alır

"Barselona" "Qroninqen"in futbolçusu Ludovit Reysi transfer etmək üzrədir.

Faktor.az "ESPN"ə istinadən xəbər verir ki, Kataloniya klubu 18 yaşlı yarımmüdafiəçi üçün Hollandiya təmsilçisi ilə razılığa gəlib. Razılığa əsasən, La Liqa təmsilçisi 2.5 milyon avro təzminat ödəyəcək. Bildirilir ki, L.Reys 1 il "Barselona"nın B komandasında oynadıqdan sonra əsas komandaya yüksələ bilər.

Qeyd edək ki, Reys bu mövsüm Hollandiya çempionatında 27 matçda 1 qol vurub, eyni sayda qolun ötürməsini verib.









Redaktorun seçimi