Məmmədyarovun bacısı Dünya Kubokuna vəsiqə qazandı

Hit: 138
Məmmədyarovun bacısı Dünya Kubokuna vəsiqə qazandı
Türkiyənin Antalya şəhərində keçirilən qadınlar arasında fərdi Avropa çempionatı başa çatıb.
 
Qitə birinciliyinin sonu maraqlı olub. 
 
11-ci turdan sonra beş şahmatçının aktivində bərabər sayda – 8 xal olub. Belə olan halda çempionun adını əlavə əmsallar müəyyən edib. Bu göstəricilərə görə isə rusiyalı Alina Kaşlinskaya rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb. İkinci yeri fransalı Mariya Sebaq, üçüncü yeri isə almaniyalı Elizabet Paets tutub.
 
Ölkəmizi təmsil edən Ülviyyə Fətəliyeva son turda qələbə qazanaraq xallarının sayını 7,5 ə çatdırmaqla yarışı yeddinci pillədə başa vurub.
 
Qeyd edək ki, Avropa çempionatı 9 sentyabr - 2 oktyabr tarixlərində Rusiyanın Xantı-Mansisk şəhərində keçiriləcək Dünya Kubokuna lisenziya xarakteri daşıyırdı. Təmsilçilərimizdən Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova (Şəhriyar Məmmədyarovanın bacısı – S.M.) və Günay Məmmədzadə Avropa çempionatında tutduğu yerə görə Dünya Kubokunda iştirak etmək hüququ qazanıb.








Redaktorun seçimi