Ronaldonun yerini doldurmaq mümkünsüzdür

124 dəfə oxunub
Ronaldonun yerini doldurmaq mümkünsüzdür

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın sabiq futbolçusu, hazırda "Yuvüntus"dan oynayan Kriştiano Ronaldo haqda danışıb.

Faktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, protuqaliyalı hücumçunun yerini doldurmağın mümkünsüz olduğunu deyib: "Kimi transfer etməyimizdən asılı olmayaraq, Kriştianonun yerini doldurmaq mümkünsüzdür. Ronaldo klubdan ayrıldı və biz də yüksək səviyyəli futbolçular ala bilərik. Amma bu klubdan onun etdiklərini təkrarlaya biləcək biri yoxdur".

Qeyd edək ki, Ronaldo ötən yay "Real"dan "Yuventus"a transfer olunub.

 

 



Redaktorun seçimi