Zidan daha bir dünya ulduzunu istədi - 100 milyon avro

Hit: 288
Zidan daha bir dünya ulduzunu istədi - 100 milyon avro
Zinəddin Zidan daha bir ulduz futbolçunun "Real"a transferini istəyib.
 
Faktor.az "Marca"ya istinadən xəbər verir ki, fransalı mütəxəssis "Liverpul"dan Sadio Maneni transfer siyahısına salıb.
 
Bildirilir ki, Zidan bu futbolçunun alınması üçün israr edir. "Real" seneqallı ulduzu heyətinə qatmaq üçün ən azı 100 milyon avrodan keçməlidi. 
 
Qeyd edək ki, "Liverpul" Maneni 2016-cı ildə "Sautqempton"dan 41,2 milyon avroya alıb. Hazırda "Transfermarkt" 26 yaşlı forvarda 85 milyon avro qiymə qoyub. İngiltərə klubu ilə 2023-cü ilədək müqaviləsi olan futbolçu cari mövsümdə keçirdiyi 38 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.








Redaktorun seçimi