Ronaldo zədəsindən danışdı - "Narahat deyiləm"

Hit: 291
Ronaldo zədəsindən danışdı - "Narahat deyiləm"

Dünən AÇ-2020-nin seçmə mərhələsinin Serbiya ilə səfər oyununda (1:1) zədələnən Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo vəziyyətindən danışıb.

Faktor.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu zədəsinin ciddi olmadığını bildirib:

"Bu zədəyə görə narahat deyiləm. Öz bədənimi tanıyıram. Düşünürəm ki, mənə təxminən 2 həftə vaxt lazımdır. Bundan sonra hər şey qaydasında olacaq".

Qeyd edək ki, Serbiya ilə matçda sol ayaq əzələsini dartan "Yuventus"un forvardı 30-cu dəqiqədə öz istəyi ilə əvəzlənib.









Redaktorun seçimi