"Qarabağ"ın legioneri üçün 90 dəqiqə və sarı vərəqə

Hit: 233
"Qarabağ"ın legioneri üçün 90 dəqiqə və sarı vərəqə

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevin formasını geyindiyi Bolqarıstan millisi AÇ-2020-nin seçmə mərhələsinin 2-ci turunda səfərdə Kosovonun qonağı olub.

Faktor.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. Oyuna start heyətdə çıxan və sona qədər meydanda olan Slavçev 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 2 oyundan 2 xal toplayan Bolqarıstan millisi A qrupunda İngiltərədən sonra 2-ci pillədədir.









Redaktorun seçimi