"Qəbələ" "Sumqayıt"a qalib gəldi

Hit: 255
"Qəbələ" "Sumqayıt"a qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə hazırlıqlarını davam etdirən "Qəbələ” və "Sumqayıt" yoxlama görüşü keçirib.

Faktor.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən oyunda "qırmızı-qaralar" 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ"nin heyətində Asif Məmmədov və Rauf Əliyev fərqlənib. "Sumqayıt"ın qoluna isə Elvin Məmmədov imza atıb.

Qeyd edək ki, "Qəbələ” Topaz Premyer Liqasındakı növbəti oyununu aprelin 1-də "Sabah”a, "Sumqayıt" "Qarabağ"a qarşı keçirəcək.









Redaktorun seçimi