"Real"dan Mbappe üçün fantastik təklif

Hit: 290
"Real"dan Mbappe üçün fantastik təklif

Fransa millisi və PSJ-nin hücumçusu Kilian Mbappenin "Real"a keçidi bu yay gerçəkləşə bilər.

Faktor.az "France Football" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi ilə danışıqlara başlamağa hazırlaşan "kral klubu"nun 20 yaşlı futbolçu üçün qarşı tərəfə 280 milyon avro təklif edəcəyi gözlənilir. Hazırda madridlilərin əsas hədəfi olan Mbappenin xidmətində klub prezidenti Florentino Peres və Zinəddinin Zidanın maraqlı olduğu bildirilir.

Qeyd edək ki, "Real"ın yay transfer pəncərəsində "Liverpul"dan Sadio Mane və ya "Çelsi"dən Eden Hazardı da alacağı istisna olunmur.









Redaktorun seçimi