Millimiz Litva ilə bacarmadı - YENİLƏNİB

Hit: 649
Millimiz Litva ilə bacarmadı - YENİLƏNİB

Milli komandamız bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ikinci oyununa çıxıb.

Faktor.az xəbər verir ki, yığmamız yoldaşlıq oyununda Bakıda Litva seçməsi ilə qarşılaşaıb və qolsuz bərabərə qalıb.

Litva ilə oyun komandamızın bu yığmaya qarşı 3-cü matçı olacaq. Azərbaycan millisi bundan əvvəlki 2 qarşılaşmanın birində qalib (2:1), digərində isə məğlub (0:1) olub.

FİFA reytinqində isə yığmamız daha irəlidədir. Komandamız 26-cı, Litva isə 41-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, millimiz 4 gün öncə AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.

Yoldaşlıq oyunu

25 mart (bazar ertəsi)

18:00. Azərbaycan - Litva - 0:0

Hakimlər: Fesnik Horatiu, Avram Valentin, Çerei Alexandru (Rumıniya), Orxan Məmmədov

Bakı. "Bakcell Arena"

 









Redaktorun seçimi