"Azərbaycan Xorvatiya ilə oyunda yaxşı təsir bağışladı" - Valdas Urbonas

Hit: 219
"Azərbaycan Xorvatiya ilə oyunda yaxşı təsir bağışladı" - Valdas Urbonas

"Bakıda olmaq xoşdur. Uzun yol qət etdik, yorğunuq. Yoldaşlıq matçı olsa da, çox ciddi hazırlaşmışıq. Növbəti seçmə mərhələnin görüşləri üçün futbolçulara baxırıq. Hər iki komanda AVRO-2020-nin seçmə mərhələsinə məğlubiyyətlə başladı".

Faktor.az xəbər verir ki, bu sözləri Litva yığmasının baş məşqçisi Valdas Urbonas Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib. 52 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Litvanın Lüksemburq kimi komandaya məğlub olması komandanın motivasiyasına necə təsir etdi?

İndi futbol oynamağı hamı bacarır. Ölkənin adına baxaraq, komandasını dəyərləndirmək olmaz. Lüksemburq da zəif komanda deyil.

Xorvatiya ilə oyunda Azərbaycan millisində hansı futbolçunun çıxışını xüsusilə bəyəndiz?

Xüsusilə kimisə fərqləndirməzdim. Bütün komanda şəklində Azərbaycan yaxşı mübarizə apardı. Qol vuran futbolçunu bir az fərqləndirmək olar. Müdafiədə də komanda yaxşı oyun sərgilədi.









Redaktorun seçimi