Ramil Şeydayev Omar Momaninin karikaturasına münasibət bildirib

Hit: 230
Ramil Şeydayev Omar Momaninin karikaturasına münasibət bildirib

"Sabah təkcə yaxşı oyun nümayiş etdirmək yox, həm də qalib gəlməliyik. Nəticə bizim üçün önəmlidir. Qələbə Slovakiya və Macarıstanla matçlar üçün müsbət addım olacaq. Baş məşqçimiz də bizə bildirib ki, qələbə qazanmaqla rəsmi görüşlər üçün motivasiya əldə edə bilərik. Litva yaxşı komanda olsa da, favorit bizik".

Faktor.az  xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Bakıda Litva ilə yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

22 yaşlı hücumçu məşhur karikaturaçı Omar Momaninin onun rəsmini çəkməsinə də münasibət bildirib:

"Onun karikatura çəkməsi heç kəsə, o cümlədən də mənə pis təsir edə bilməz. Meydanda nəsə etdiyin halda, karikatura çəkilməsi və ya nələrinsə yazılmasına normal baxıram".

Rusiyanın "Krılya Sovetov" klubunun formasını geyinən forvard gələcək karyerasından da danışıb:

"Klubla yaya qədər müqaviləm var. Qarşıda hələ 10 oyunumuz olacaq. Özümü necə göstərməyimdən çox şey asılıdır. Vəziyyətə baxacağıq. Hələlik başqa klublardan təklif almamışam".









Redaktorun seçimi