İdmançımız "Tokio 2020"-yə lisenziya şanslarını artırıb - Foto

Hit: 133
İdmançımız "Tokio 2020"-yə lisenziya şanslarını artırıb - Foto

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qılıncoynatma idman növü üzrə idmançısı Aytəkin Həsənova baş məşqçi Asəf Məlikovun rəhbərliyi altında 20-24 mart tarixlərində İtaliyanın Pisa şəhərində keçirilən Dünya kubokunda iştirak edib.

Qeyd edək ki, yarış Tokio 2020 Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, Aytəkin Həsənova Dünya kubokunda bütün görüşlərini başa vurub. O, çıxış etdiyi hər 3 növdə 4 reytinq xalı qazanıb və bununla lisenziya qazanmaq şansını artırıb.

Bu günə olan nəticələrə görə, idmançımız çıxış etdiyi 2 kateqoriyada 18-ci yer, və diqər 1 kateqoriyada isə 12-ci yerdə gərarlaşıb. Xatırladaq ki, 31 may 2020-ci ilədək reytinq cədvəlində ilk 25 yeri tutan idmançılar Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq hüququna malikdir.

İdmançımıza növbəti yarışlarda uğurlar arzulayırıq!

 









Redaktorun seçimi