"Liverpul" "Milan"a qalib gəldi - əfsanələrin oyunu - VİDEO

Hit: 393
"Liverpul" "Milan"a qalib gəldi - əfsanələrin oyunu - VİDEO

Bu gün "Liverpul" və "Milan"ın sabiq futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Faktor.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlılara məxsus "Enfild" stadionunda xeyriyyə məqsədilə təşkil olunan görüşdə Stiven Cerard, Andrea Pirlo, Maykl Ouen, Yeji Dudek, Dida, Kafu, Ceymi Karraqer, Cibril Sisse, Paolo Maldini, Kaka, Filippo İnzaqi, Ruy Koşta, Cennaro Qattuzo, Cuzeppe Pankaro kimi ulduzlar iştirak ediblər. Qarşılaşma "Liverpul" əfsanələrinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İngilislərin heyətində Robbi Fauler (25-ci dəqiqə), Sisse (52) və Cerrard (80) fərqləniblər. "Milan"ın qollarını isə Pirlo (61-ci dəqiqə) və Pankaro (78) vurublar.









Redaktorun seçimi