İspaniya və İtaliyadan qələbə, Gürcüstan uduzdu - YENİLƏNİB

Hit: 1178
İspaniya və İtaliyadan qələbə, Gürcüstan uduzdu - YENİLƏNİB

Bu gün AÇ-2020-nin seçmə mərhələsində ilk tura yekun vurulub. 

Faktor.az xəbər verir ki, daha 3 qrupda mübarizəyə start verilib.  D, F və J qruplarında ümumilikdə 8 qarşılaşma keçirilib.

F qrupunda İspaniya Norveçə 2:1, J qrupunda İtaliya  Finlandiyaya 2:0 hesabı ilə qalib gəlib.

Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı Bosniya və Herseqovina yığması isə Ermənistanı məğlub edib - 2:1.

22 mart

AÇ-2020-nin seçmə mərhələsi

D qrupu

18:00. Gürcüstan - İsveçrə - 0:2

Qollar: S. Zuber, 57 (0:1), D. Zakariya, 80 (0:2)

21:00. Cəbəllütariq - İrlandiya - 0:1

Qol: C. Hendrik, 49

F qrupu

21:00. İsveç - Rumıniya - 2:1

Qollar: R. Kuayson, 33 (1:0), V. Klaesson, 40 (2:0), K. Keşeru, 58 (2:1)

21:00. Malta - Farer adaları - 2:1

Qollar: K. Nvoko, 13 (1:0), S. Börq, 77 (2:0), Y. Tomsen, 90+6

23:45. İspaniya - Norveç - 2:1

Qollar: Rodriqo, 16 (1:0), Kinq, 65-pen (1:1), Ramos, 71-pen (2:1)

J qrupu

23:45. İtaliya - Finlandiya - 2:0

Qollar: Barella, 7, Ken, 74

23:45. Lixtenşteyn - Yunanıstan - 0:2 

Qollar: Fortounis, 45, Donis, 80

23:45. Bosniya və Herseqovina - Ermənistan - 2:1

Qollar: Kruniç, 33 (1:0), Miloşeviç, 80 (2:0), Mxitaryan, 90+3-pen (2:1)









Redaktorun seçimi