Azərbaycanda oynamış futbolçu millinin baş məşqçisi oldu

Hit: 286
Azərbaycanda oynamış futbolçu millinin baş məşqçisi oldu

Kristian Panuççinin istefaya göndərilməsindən sonra Albaniya millisini AÇ-2020-nin seçmə mərhələsində Andorra ilə martın 25-də keçiriləcək oyuna köməkçi məşqçilər - Ervin Bulku və Süleyman Mena çıxaracaqlar.

Faktor.az xəbər verir ki, müvəqqəti olaraq, bu vəzifəyə təyinat alan E.Bulku vaxtı ilə Azərbaycan çempionatında da çıxış edib. O, 2011-2012 mövsümündə AZAL-ın (indiki "Şüvəlan") formasını geyinib. Paytaxt klubunda 22 oyuna çıxan veteran futbolçu 3 qol vurub.

Qeyd edək ki, 38 yaşlı mütəxəssis 2015-ci ildən Albaniya millisində köməkçi məşqçi vəzifəsində çalışır.









Redaktorun seçimi