Əliyar Ağayev "Avro-2020"nin oyununda - UEFA-dan yeni təyinat

Hit: 330
Əliyar Ağayev "Avro-2020"nin oyununda - UEFA-dan yeni təyinat

FİFA referisi Əliyar Ağayev Avro-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb. 

Faktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Polşa – Latviya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək.









Redaktorun seçimi