Azərbaycanın 3 şahmatçısı Avropa çempionatında qələbə qazanıb

Hit: 247
Azərbaycanın 3 şahmatçısı Avropa çempionatında qələbə qazanıb

Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında II turun görüşləri başa çatıb. İlk oyun gününü uğursuz başa vuran Azərbaycan şahmatçıları bu dəfə inamlı çıxışı ilə fərqləniblər. 

Belə ki, 7 təmsilçimizdən 3-ü qələbə qazandığı halda, digər 3-ü heç-heçə oynayıb. Həmyerlilərimizdən yalnız Abdulla Qədimbəyli məğlubiyyətə üzülüb. 

Avropa çempionatı
II tur
İlya Semenovs (Latviya, 2401) – Eltac Səfərli (2662) – 0,5:0,5
Mustafa Yılmaz (Türkiyə, 2636) – Abdulla Qədimbəyli (2404) – 1:0
Yahav Emanuel (İsrail, 2245) – Rauf Məmmədov (2701) – 0:1
Ülvi Sadıqov (2488) - Elie Milikov (İsrail, 2226) - 1:0
Məhəmməd Muradlı (2444) - Stefan Tadiç (Serbiya, 2226) - 1:0
Kənan Qarayev (2368) - Batu Anqun (Türkiyə, 2076) - 0,5:0,5
Laura Unik (Sloveniya, 2266) – Cahandar Azadəliyev (1863) – 0,5:0,5

Turnir cədvəli: 1. Andrey Jiqalko (Belarus), 2. Lukas Van Forest (Hollandiya), 3. Tal Baron (İsrail) – hamısı 2 xal, ...137. Məhəmməd Muradlı (Azərbaycan), ...235. Rauf Məmmədov, ...238. Eltac Səfərli, ...250. Ülvi Sadıqov – hamısı 1 xal, ...259. Abdulla Qədimbəyli, ... 269. Kənan Qarayev, ...296. Cahandar Azadəliyev - hər ikisi 0,5

Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.









Redaktorun seçimi