Ronaldo İspaniyada klinika açdı

Hit: 287
Ronaldo İspaniyada klinika açdı

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo İspaniyada səç əkimi klinikası açıb.

Faktor.az “Marca”ya istinadən xəbər verir ki, klinikaya “İnsparua” şirkəti rəhbərlik edəcək. Ronaldo səhiyyə müəssinindən 50 faiz paya sahib olacaq.

Portuqaliyalı hücumçu klinikanın açılış mərasimində fikirlərini bildirib: “Saç tökülməsi Avropa və bütün dünyada problemə çevirilib. Biz insanlara bu sahədə köməklik etmək istəyirik. İnsanlar bizə müraciət etməkdən utanmamlıdırlar. Hər kəs öz görüşünə diqqət edir. Mən də bunların tipik nümunəsiyəm. Bu layihə ispanlara və İspaniya iqtisadiyyatına kömək edəcək”.

Qeyd edək ki, “İnsparua” şirkətinin Portuqaliyada 10 saç əkimi klinikası var.









Redaktorun seçimi