Şəhid Raquf Orucovun xatirə turniri keçiriləcək

Hit: 512
Şəhid Raquf Orucovun xatirə turniri keçiriləcək

Bu il aprelin 16-17-də Bakı İdman Sarayında aprel döyüşlərində şəhid olmuş əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunan cüdo üzrə III beynəlxalq “Raquf Orucov kuboku” turniri keçiriləcək.

Faktor.az xəbər verir ki, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə keçiriləcək yarışda yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları iştirak edəcəklər.

Ənənəvi turnirdə Bakı şəhərini və bölgələimizi təmsil edən komandalarla birlikdə qonşu ölkələrdən dəvət edilmiş bir neçə klub komandasının iştirakı gözlənilir.

Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.









Redaktorun seçimi