"Atletiko" və "Mançester Siti"dən qələbə - YENİLƏNİB

Hit: 497
"Atletiko" və "Mançester Siti"dən qələbə - YENİLƏNİB

Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Faktor.az xəbər verir ki, son oyun günündə də 2 matç keçirilib. “Atletiko” öz meydanında “Yuventus”u qəbul edib. Madrid klubu çətin rəqiblə ev oyununda inamlı qələbəyə sevinib.

Günün digər qarşılaşmasında isə “Mançester Siti” Almaniya səfərinə yollanıb. “Şəhərlilər” “Şalke” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu matçda İngiltərə təmsilçisi çətinliklə də olsa, qələbə qazanıb.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

ilk oyunlar

20 fevral

00:00. "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3

Qollar: Aquero, 18 (0:1), Bentaleb, 38-pen. (1:1), 45-pen. (2:1), Leroy Sane, 85 (2:2), Rahim Sterlinq, 90 (2:3)

Qırmızı vərəqə: Otamendi, 68 ("Mançester Siti", ikinci sarı vərəqə)

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:0

Qollar: Xose Ximenes (1-0), 78, Dieqo Qodin, 83 (2-0)









Redaktorun seçimi