Pike "Real"ı ələ saldı - "Yaxşı ki ..."

Hit: 321
Pike "Real"ı ələ saldı - "Yaxşı ki ..."

“Barselona”nın futbolçusu Jerar Pike əzəli rəqibləri "Real" haqda maraqlı açıqlama verib.

Faktor.az xəbər verir ki, müdafiəçi İspaniya mətbuatına açıqlamasında  Madrid klubunun daima hakimlərdən şikayətçi olduğunu deyib:

“Real” illərdir mütəmadi olaraq hakimlərdən şikayətçidir. Həm futbolda, həm də basketbolda narazılıq edirlər. Şükürlər olsun ki, başqa komandaları yoxdur. Yoxsa həndbol və hokkeydə də hakimlərdən şikayət edərdilər. Şikayət etmək həmişə “Real”ın taktikası olub. Biz buna alışmalıyıq".

Qeyd edək ki, basketbol üzrə İspaniya kubokunun finalında “Real” və “Barselona” komandaları qarşılaşıb. Əlavə vaxtda uduzan madrid təmsilçisi görüşdən sonra  rəsmi saytı vasitəsilə hakimlərin onların əleyhinə olan səhv qərarlar verdiyini bəyan edib.









Redaktorun seçimi