Azərbaycanla oyun öncəsi - Xorvatiya millisində ciddi itkilər

Hit: 286
Azərbaycanla oyun öncəsi - Xorvatiya millisində ciddi itkilər

AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda millimizi qəbul edəcək Xorvatiya yığmasında zədəli futbolçuların çoxluğu baş məşqçi Zlatko Daliçi narahat edir.

Faktor.az yerli “sportske.jutarnji.hr” saytına istinadən xəbər verir ki, hazırda komandanın heyətində 6 ciddi itki var. 

Maraqlıdır ki, onların beşi müdafiəçi, biri isə qapıçıdır. Yığmanın əsas qolkiperi olan Lovre Kaliniç, müdafiəçilər Şime Vrsalko, Matey Mitroviç, Yosip Pivariç və İvan Ştriniç zədəli, Deyan Lovren isə cəzalıdır. Vrsalko, Pivariç və Lovrenin martın 21-də millimizə qarşı oynamayacağı dəqiqdir. Yerdə qalan 3 futbolçunun isə meydana çıxıb-çıxmayacağı hələ də sual altındadır. 

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.









Redaktorun seçimi