Çingiz Ünder Premyer Liqaya transfer olunur

Hit: 251
Çingiz Ünder Premyer Liqaya transfer olunur
"Çelsi" "Real"a keçəcəyi gözlənilin Eden Hazardın yerinə türk futbolçu transfer edəcək.
 
Faktor.az "Turkish-Football"a istinadən xəbər verir ki, London klubu "Roma"dan Çingiz Ünderi transfer siyahısına salıb. Bildirilir ki, hücumçun hər iki cinahında oynayan 21 yaşlı futbolçu "Çelsi" üçün ən ideal variant hesab olunur. 
 
Yay transfer dönəmində adı bir sıra avropa nəhəngləri ilə yanaşı çəkilən Çingiz Ünder üçün "Roma"nın 60 milyon avro tələb etdiyi deyilir. "Çelsi" Eden Hazardı satacağı halda bu məbləği "Roma"ya ödəməyə razılıq verəcək. 
 
Qeyd edək ki, Çingiz Ünder bu mövsüm 25 rəsmi matça çıxaraq 6 qol vurub və 9 məhsuldar ötürmə edib. "Roma" 2022-ci ilədək müqaviləsi olan futbolçunu 2017-ci ildə "Başakşəhər"dən 13,4 milyon avroya almışdı.








Redaktorun seçimi