Suares 16 oyundur qol vurmur

Hit: 256
Suares 16 oyundur qol vurmur

"Barselona"nın futbolçusu Luis Suaresin Çempionlar Liqasının səfər oyunlarında uğursuz çıxışı davam edir.

Faktor.az "Squawka"ya istinadən yaydığı xəbərə görə, uruqvaylı hücumçu ÇL-də  səfərdə 16  matçdır qol vura bilmir. O, son olaraq 1/8 finalda "Lion"la ilk  görüşdə meydanı qolsuz tərk edib.

Suares  ÇL-də sonuncu dəfə 2015-ci il sentyabrın 16-ı "Roma" ilə səfər qarşılamasında qol vurub.

Suaresin qol vura bilmədiyi oyunların siyahısı:

BATE, "Arsenal", "Atletiko", Mançester Siti", "Borussiya" (Münhenqladbax), "Seltik", PSJ, "Yuventus", "Sportinq", "Olimpiakos", "Yuventus", "Çelsi", "Roma", "Tottenhem", "İnter", "Lion"









Redaktorun seçimi