Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək

Hit: 300
Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək

AÇ-2020-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Uels yığması yoldaşlıq görüşü keçirəcək. 

Faktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Rayan Giqqzin komandası Trinidad Tobaqo millisi ilə qüvvəsini sınayacaq. Görüş martın 20-də Uelsin Reksem şəhərində keçiriləcək.

Qeyd edək ki, Uelsin qrupda ilk oyunu martın 24-də evdə Slovakiyaya qarşı olacaq.









Redaktorun seçimi